Mobil manşet üstü reklam_21

Gündə 4-8 litr süd verir, qiyməti 1200 manatdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gündə 4-8 litr süd verir, qiyməti 1200 manatdır

Lənkəran rayonunun Separadi kənd sakini Ruhulla Axundzadə təsərrüfatında İsveçrədən gətirilən cinsli keçilər saxlayır.

 

“Saanen”, “Alpin” və “Oberhaş” cinsli keçilər məhsuldarlığı ilə yanaşı, südünün keyfiyyətinə görə də yüksək göstəricilərə malikdir. Əgər yerli keçilər gün ərzində 1 litr süd verirsə, İsveçrə cinsli keçilərdə bu göstərici 4-8 litrdir. Beş aydan bir bala verən keçilərin qiyməti 800-1200 manatdır.

 

Cins keçilər yerli iqlim şəraitinə də uyğunlaşıblar. Soyuq havalara dözümlü, rütubətə həssasdırlar. Məhsuldarlığı yüksək olan keçiləri bəsləmək üçün o qədər də çox yem tələb olunmur.

 

R.Axundzadə gələcəkdə təsərrüfatındakı keçilərin sayını 500 başa çatdırmaq niyyətindədir.

 

© Azərtac

10.01.2017 16:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ