Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Ağ Şəhər"in təhvil verilməsi üçün vəsaitə ehtiyac var, əks halda...

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ağ Şəhər"in təhvil verilməsi üçün vəsaitə ehtiyac var, əks halda...
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Ağ Şəhər-2" layihəsinin təhvil verilməsi üçün büdcədən vəsaitin ayrılmasına ehtiyac var. Əks halda layihənin ikinci hissəsinin təhvil verilməsində risklər yaranır.


 

Bakı şəhərində 110 kV-luq dairəvi elektrik təchizatı sisteminin yaradılması istiqamətində 2017-ci ilin birinci yarımilliyində təkmilləşdirmə işlərinin davamı olaraq "Ağ Şəhər" layihəsinin birinci hissəsi üzrə "Həzi Aslanov" və "Ağ Şəhər-1" yarımstansiyaları arasında 2 dövrəli 110 kV-luq kabel xətləri quraşdırılıb.
 


Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.


 
Sənəddə deyilir ki, layihənin ikinci hissəsinin tam başa çatdırılması ("Liman" yarımstansiyasında 2 ədəd 110 kV-luq yuvanın quraşdırılması və mühafizə sisteminin qurulması, 110 kV-luq "Ağ Şəhər-2" yarımstansiyasının tikintisi, avadanlıqların quraşdırılması, "Ağ Şəhər-1" - "Ağ Şəhər-2" 110 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi, 35/0,4 kV-luq 3 ədəd transformator məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq kabel xətlərinin çəkilməsi) üçün 34 mln. manat vəsait tələb olunur ki, dövlət büdcəsindən bu vəsaitin 1/3 hissəsi, yəni 11,5 mln. manat ayrılıb və təyinatı üzrə istifadə olunub. "Ağ Şəhər-2" layihəsi üzrə işlərin davam etdirilməsi üçün qalan maliyyə vəsaitin ayrılmasına ehtiyac vardır. Əks halda "Ağ Şəhər" layihəsinin ikinci hissəsinin təhvil verilməsində risklər yaranır.
 


Bakı şəhəri üzrə 110 və 35 kV-luq dairəvi təchizat sxemlərinə aid elektrik veriliş xətlərində və yarımstansiyalarında rele və avtomatika sistemləri yoxlanılıb və tənzimlənərək təkmilləşdirilib.


 
4 ədəd 110 kV-luq YS-da, 8 ədəd 35 kV-luq YS-da tutum cərəyanlarının  məhdudlaşdırılması üçün müvafiq texniki tədbirlər görülüb.


 
3 ədəd 110 kV-luq YS SCADA sisteminə qoşulub.

 

© APA

02.10.2017 15:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ