Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Topladıqları məhsulu öz həyətlərində satırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Topladıqları məhsulu öz həyətlərində satırlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qəbələ rayonunun iqtisadiyyatında əsas yerlərdən birini tutan bağçılıq kənd əhalisinin əsas məşğuliyyət sahəsi hesab olunur. Meyvə bağlarında bol məhsul yetişdirən kəndlilər bu günlərdə qoz, fındıq və şabalıd yığımını başlayıblar.

 

Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, Qəbələdə 4678 hektar fındıq, 326 hektar qoz, 390 hektar şabalıd bağı mövcuddur.

 

Fermerlər və torpaq mülkiyyətçiləri fındıq bağından topladıqları məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, sərfəli qiymətə fındıq emalı müəssisəsinin kəndlərdəki məhsul qəbulu məntəqələrinə də satırlar. Rayonda bir fındıq emalı zavodu, eləcə də kiçik fındıq emalı müəssisələri fəaliyyət göstərir. Bu da kəndlilərin ildən-ilə fındıq bağlarını genişləndirməyə və məhsuldarlığı daha da artırmağa həvəsləndirir. Son bir ildə rayonda 900 hektar sahədə yeni fındıq bağı salınıb.

 

Həmçinin Qəbələnin qoz və şabalıd bağlarında yetişən bol məhsulun vaxtında və itkisiz toplanılması üçün bağlarda iməciliklər təşkil olunur. Kəndlilər topladıqları məhsulu öz həyətlərində münasib qiymətə müştərilərə satırlar.

 

Qeyd edək ki, qəbələli fermerlər son bir ildə 10 hektar sahədə yeni şabalıd və 15 hektar qoz bağı salıblar.

02.10.2017 16:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ