Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

50 illik hava yolu şirkəti iflas etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
50 illik hava yolu şirkəti iflas etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Birləşmiş Krallığın beşinci ən böyük hava yolu şirkəti "Monarch" iflas etdiyini bildirib.


 
"Marja" xəbər verir ki, Baş ofisi Birləşmiş Krallığın paytaxtı Londonda yerləşən "Monarch"ın açıqlamasında şirkətin iflas etdiyi, idarəetmənin isə qəyyuma təhvil verildiyi bildirib.
 

Reklam_3_11

Şirkətin rəsmi veb saytı üzərindən bütün əməliyyatların dayandırıldığı, təxminən 860 min uçuş sifarişinin isə ləğv edildiyi bildirilib.


 
Birləşmiş Krallıq hökuməti ölkələrinə qayıtmağı gözləyən təxminən 110 min sərnişinin qayıdışının təmin edilməsi üçün Mülki Aviasiya Administrasiyasına (CAA) tapşırıq verib.
 

Səhər erkən saatlarda Birləşmiş Krallıqdakı hava limanlarına gedən çoxlu sayda sərnişin şirkətin iflas etdiyini öyrənmələrindən sonra sosial media üzərindən reaksiyalarını göstəriblər.


 
Şirkət Birləşmiş Krallığın köklü hava yolu şirkətləri arasında olmasına baxmayaraq son illər ağır maliyyə şərtlərlə mübarizə etməyə çalışırdı.
 


"Monarch" keçən il 291 milyon funt-sterlinq zərər etdiyini açıqlamışdı.


 
"Monarch"ın rəhbəri Andrew Swaffield daha əvvəl şirkətin Misir və Tunisdə baş verən terror hücumlarından mənfi təsir gördüyünü bildirmişdi.


 
Təxminən 2 min 100 nəfərə məşğulluq təmin edən şirkət 1967-ci ildən bəri fəaliyyət göstərirdi.


 
Məsələ ilə bağlı olaraq Birləşmiş Krallığın Baş Nazirliyindən edilən açıqlamada, Baş nazir Tereza Meyin sərnişinlərin düşdüyü vəziyyətdən təəssüf etdiyi qeyd edilib.

02.10.2017 19:37

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ