Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Samsung hər iPhone X satışından 110 dollar qazanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Samsung hər iPhone X satışından 110 dollar qazanacaq

Ötən günlərdə Apple-ın 10-cu ilə əlaqədar olaraq təqdim edilmiş iPhone X telefonu, əzəli rəqibi Cənubi Koreyanın Samsung şirkətinə də qazandıracaq.


 
"Marja" xəbər verir ki, Apple-ın OLED ekranlarının və çiplərinin tədarükçüsü olan Cənubi Koreya şirkət hər bir iPhone X satışından110 dollar qazanacaq.
 

Reklam_3_11

"Counterpoint Technology Market Research"un təhlilinə görə, yeni iPhone noyabr ayında satılmağa başlamasından sonrakı 20 ay ərzində, Samsung, öz telefon modeli Galaxy S8-dən daha çox iPhone X-a ehtiyat  hissələri tədarükündən qazanacaq (4 milyard dollar).
 

Yeni bir ağıllı telefonun satışlarının çoxu ilk çıxışından sonrakı ilk 20 ay ərzində baş verir və hesabat yalnız ilk 20 aylıq satışı əhatə edir.
 

Apple-ın 130 milyon iPhone X satacağı və Samsung Galaxy S8 modelinin qlobal satışının 50 milyon ədəd olacağı gözlənilir.
 


"S&P Global Market Intelligence"a görə Çin bankları xaric, 2017-ci ildə dünyanın ən mənfəətli iki şirkəti Samsung və Apple olacaqdır.


 
Samsung  NAND flaş yaddaşını istehsal edən az saydakı yarımkeçirici tədarükçülərindən biridir, həmçinin iPhone X-da istifadə olunan OLED panelin  istehsalçısıdır.

02.10.2017 20:00

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ