ABŞ-da silah şirkətlərinin səhmlərində sıçrayış
ABŞ-da investorlar, 58 nəfərin öldüyü silahla hücumdan sonra silah şirkətlərinə daha çox sərmayə yatırmağa başlayıblar.
"Marja" xəbər verir ki, ABŞ-da hadisənin ardından ilk iş günündə silah şirkətlərinin səhmləri 5 faiz bahalaşıb.
Edilən şərhlərə görə, hadisədən sonra insanların silah alışları artdığı, buna görə də bu şirkətlərin gəlirlərində artım gözləndiyi bildirilir.
ABŞ-da Orlando şəhərində 2016-cı ilin yayında təşkil olunan silahlı hücumda da bənzər bir vəziyyət baş vermişdi. Hücumun ardından "Smit Wesson" başda olmaqla "Sturm Ruger"və "Vista Outdoor" şirkətlərinin səhmləri bahalaşmışdı.
ABŞ-da fərdi silahlanma ciddi bir ictimai problemdir.
Harvard Universiteti və Northeastern Universitetindəki tədqiqatçıların birgə apardıqları bir araşdırmaya görə, fərdi silahlanma hallarının yüksək olduğu ABŞ-da son 20 il ərzində, fərdi silahların sayı 70 milyon artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 15 d. əvvəl
- 18 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl