Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fransanın Konyak şəhərində Tovuz Nar Evi açılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fransanın Konyak şəhərində Tovuz Nar Evi açılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın Tovuz şəhəri ilə qardaşlaşmış Konyak şəhərində (Fransa) Tovuz Nar Evinin təntənəli açılışı olub.

 

Tovuz Nar Evinin açılışında Konyak şəhərinin meri Mişel Qurinşas, Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, ADA-nın baş katibi və Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Tovuz Baltiya şirkətinin direktoru Naiq Məmmədhəsənov iştirak ediblər.


Açılışda çıxış edən Konyak şəhərinin meri Mişel Qurinşas Azərbaycanın strateji ölkə olduğunu diqqətə çatdırıb.

 

O, Fransa və Azərbaycan arasında əməkdaşlığın inkişafından danışıb, ikitərəfli münasibətlərin getdikcə genişləndiyini və möhkəmləndiyini vurğulayıb. Azərbaycana, o cümlədən Tovuza səfərlər etdiklərini xatırladan mer ölkəmizin son illərdə böyük iqtisadi nailiyyətlər qazandığını vurğulayıb. Mişel Qurinşas əlaqələrimizin əsl qardaşlıq prinsipləri əsasında həyata keçirildiyini və bu əlaqələrin hərtərəfli genişlənməsinin Fransa və Azərbaycanının regionları arasında əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib.


Tovuz Baltiya şirkətinin direktoru Naiq Məmmədhəsənov çıxışında Tovuz Nar Evinin Konyakda açılması üçün yaratdığı geniş imkanlara, yaxından iştirakı və dəstəyinə görə Konyak şəhərinin meri Mişel Qurinşasa öz təşəkkürünü bildirib.


Azərbaycanın Tovuz və Fransanın Konyak şəhərləri 2014-cü ildə qardaşlaşma protokolu imzalayıb və bu gün bu şəhərdə Fransanın bayrağı ilə yanaşı Azərbaycanın bayrağı dalğalanır, XII əsrin Azərbaycan intibah mədəniyyətinin zənginləşməsində xüsusi mövqeyi olan söz ustadımız Məhsəti Gəncəvinin ağ mərmərdən heykəli ucalır.

 

© Report

02.10.2017 20:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ