Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

158 min hektarda yaradılırlar, 1,2 milyard xərclənəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
158 min hektarda yaradılırlar, 1,2 milyard xərclənəcək

Azərbaycanda aqroparkların yaradılmasına ümumi investisiyalar 1,2 mlrd. manat həcmində qiymətləndirilir. Bu barədə Azərbaycan Respublikasında kənd təsərrfatı məhsullarının istehsalına və emalına dair StratejiYol Xəritəsində əks olunan tədbirlərin icrasının monitorinqi üzrə materiallarda qeyd edilir.

 

Reklam_3_11

“Azərbaycanda 38 aqropark yaradılır. Onların yaradılmasına sərmayələr 1,2 mlrd. manat həcmində qiymətləndirilir. Həmin aqroparkarın ümumi sahəsi 157,6 min hektar təşkil edəcək”, - materiallarda qeyd olunur.

 

Xüsusilə SKMF-nin xətti ilə Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Fizuli, Cəlilabad və İsmayıllı rayonlarında aqroparkların yaradılmasına 76,1 mln. manat məbləğində güzəştli kreditlər ayrılıb. “Onların yaradılmasına investisiyalar 207 mln. manat həcmində qiymətləndirilir”, - materiallarda vurğulanır.

 

O cümlədən, 2017-ci ilin birinci yarısında SKMF xətti ilə iki aqroparkın yaradılmasına 11,5 mln. manat məbləğində güzəştli kredit ayrılıb.

 

© İnterfaks-Azərbaycan

03.10.2017 05:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ