Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır

Kapital Bank 6 – 8 oktyabr 2017-ci il tarixlərində Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisinin rəsmi tərəfdaşıdır. Sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilir.

 

Sərgidə Təhsil Nazirliyi tərəfindən son illərdə həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Bu il Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar da təşkil olunacaq.

 

Sərgidə ümumilikdə ölkənin 14 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi çərçivəsində həmçinin Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edəcəklər.

 

Qeyd edək ki, təhsil layihələrinə dəstək verən Kapital Bank ötən il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirilib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

03.10.2017 08:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ