Azərbaycanda KASKO alanlara uşaq oturacağı hədiyyə veriləcək
PAŞA Sığorta şirkəti uşaqların təhlükəsizliyini düşünərək avtonəqliyyat vasitələrinin KASKO sığortası üzrə müraciət edəcək müştərilər üçün “KASKO Almaq Sizdən, Uşağınız üçün Avtomobil Oturacağı Bizdən!” adlı kampaniyaya start verir.
Beləliklə, 3 noyabr tarixinədək minimal 450 AZN məbləğində KASKO sığortası üzrə müraciət edəcək müştərilər uşaqlar üçün nəzərdə tutulan avtomobil oturacağını hədiyyə olaraq əldə edəcəklər.
KASKO sığortasını əldə etmək və kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz.
Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (PASHA Insurance) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.
Qeyd edək ki, “KASKO Almaq Sizdən, Uşağınız üçün Avtomobil Oturacağı Bizdən!” kampaniyası uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilir.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
14 d. əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 40 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
18 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 19 saat əvvəl
-
19 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
20 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır