Prezident şərab biznesinin araşdırılması tapşırığını verib
“Burada qəribə bir mənzərə üzə çıxır”
“Bizdə şərəbçılıq ilə bağlı olan vəziyyət ciddi təhlil edilməlidir.”
“Marja”nın məlumatına görə, bunu Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
-Mən statistika ilə maraqlandım. Azərbaycanda il ərzində 20 milyon butulka şərab istehsal olunur. İxrac isə çox azdır. Bizim sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar pul əldə edirlər.
Bizdə şərəbçılıq ilə bağlı olan vəziyyət ciddi təhlil edilməlidir. Həm iqtisadi qurumlar, həm Vergilər Nazirliyi tərəfindən, hüquq-mühafizə orqanları tərəfindən. Çünki burada qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud olan şərab zavodlarımızın illik istehsal gücü ildə 100 milyon butulka şərabdır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, böyük vəsait də qoyulub və müasir avadanlıqlar quraşdırılıb. Necə ola bilər ki, 100 milyon istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur?! Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da orada istehsal daha böyükdür, amma qeydiyyata düşmür. Yəni, qanunsuz istehsal baş verir. Ona görə bu məsələ ciddi araşdırılmalıdır. Bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar. Bu sahədə də qayda-qanun yaradılmalıdır. Bu böyük gəlir gətirəcək sahədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
3 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl