Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"STAR" zavodunun inşası bu ilin sonuna tamamlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"STAR" zavodunun inşası bu ilin sonuna tamamlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan "STAR" Neft Emalı Zavodunda işlərin 95%-i tamamlanıb.


Bunu “STAR Rafineri A.Ş”nin baş direktoru Mesut İlter zavod ərazisini ziyarət edən Türkiyənin Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu (EPDK) rəhbəri Mustafa Yılmazın başçılıq etdiyi nümayəndə heyətinə bildirib.


O qeyd edib ki, zavodun inşası bu ilin sonuna tamamlanacaq. M.İlterin sözlərinə görə, inşaat işlərinin tamamlanmasından sonra 2018-ci ilin III rübünə qədər mexaniki sınaqlar aparılacaq. “Zavodun inşasında 3 min nəfər mühəndis olmaqla 14 ölkədən ümumilikdə 19 500 nəfər çalışır. “STAR” zavodu gələn ilin III rübündə fəaliyyətə başlayacaq. Zavodun fəaliyyəti ilə Türkiyənin neft məhsullarının idxalında ildə 1,5 mlrd. dollarlıq qənaət olacaq. Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olan zavodda ildə 10 mln. ton xam neft emal olunacaq. Zavod 1,6 mln. kubmetr saxlama gücünə malik olacaq. Burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton aşağı kükürdlü dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG və 1 mln. ton neft-kimya xam maddəsi istehal olunacaq”, - deyə M.İlter əlavə edib.


“SOCAR Turkey Enerji A.Ş”nin baş direktoru Zaur Qəhrəmanov nümayəndə heyətinə SOCAR-ın Türkiyədəki layihələri ilə bağlı məlumat verib.


Qeyd edək ki, "STAR" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

 

© Report

03.10.2017 12:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ