Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Azərsu” zərərin içində "üzür"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsu” zərərin içində "üzür"

2016-cı ilin yekunları üzrə “Azərsu” ASC-nin (Azərbaycanın milli su operatoru) xalis zərəri 612,921 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 11,3% çoxdur.

 

“Azərsu”nun saytında dərc edilmiş 2016-cı il üzrə birləşdirilmiş hesabatda bildirilir ki, hesabat ilində abonentlərə xidmət göstərilməsindən 159,837 mln. manat (artım 14,9%) gəlir əldə edilib.

 

Bununla bərabər, ASC 2016-cı ildə göstərilən xidmətlərin maya dəyərini 9,5% - 84,578 mln. manata qədər artırıb.

 

Ötən il ASC-nin əməliyyat zərəri 611,804 mln. manat (artım 11,8%) təşkil edib.

 

Hesabata əsasən, 2016-cı ildə “Azərsu”nun aktivləri 6,9% - 608,345 mln. manatadək, uzunmüddətli aktivləri 6,7% - 562,328 mln. manatadək, qısamüddətli aktivləri 9,3% - 46,071 mln. manata qədər azalıb.

 

Hesabat ilində ASC-nin öhdəlikləri 1,9% - 970,125 mln. manata qədər artıb.

 

2016-cı ilin yekunları üzrə “Azərsu” ASC-nin kapitalının mənfi qiyməti 361,78 mln. manat (artım 21,2 dəfə) təşkil edib. 2016-cü ildə ASC-nin yığılmış zərərləri 12,3% - 5 mlrd. 600,479 mln. manata qədər artıb. Qeyd olunan dövrdə cəmiyyətin nizamnamə kapitalı 400 mln. manat səviyyəsində qalıb. 

 

HÖKUMƏTDƏN 178 MİLYON YARDIM ALIB

 

2017-ci ilin yanvar-aprel aylarında “Azərsu” ASC (Azərbaycanın milli su operatoru) hökumətdən 178 mln. manat məbləğində maliyyə yardımı cəlb edib. 

 

“2017-ci ilin yanvar ayında Nazirlər Kabineti “Azərsu”ya 149,5 mln. manat, mart ayında - 14 mln. manat məbləğində subsidiyaların verilməsini təsdiq edib. Bu vəsaitlər su təchizatı sistemlərinin tikintisi və təkmiləşdirilməsi layihəsinin maliyyələşdirilməsi üçün nərzədə tutulub”, - ASC-dən qeyd ediblər.

 

Bundan əlavə, cari ilin aprel ayında Nazirlər Kabineti “Azersu”ya cari infrastruktur layihələrinin tikintisi və təmiri çərçivəsində 14,7 mln. manat məbləğində maliyyə yardımının ayrılmasını təsdiq edib. 

 

© “İnterfaks-Azərbaycan” 

03.10.2017 13:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ