Mərkəzi Bank 250 milyonluq həmləyə hazırlaşır
Azərbaycan Mərkəzi Bankı depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini döviyyədən çıxarır. Yay ərzində keçirilmiş depozit hərraclarında 100 milyon cəlb edən Mərkəzi Bank, sonuncu hərracda cəlb edəcəyi vəsiti 200 milyon manata qaldırmışdı. İndi də notların yerləşdirilməsi 150-200 milyon manatdan 250 milyon manata artırılır. Qeyd edək ki, son günlər banklarda Dolların bahalaşması müşahidə olunur.
“Marja” xəbər verir ki, 04 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət qeydiyyat №-si | 50100461S |
Hərraca çıxarılan həcm | 250 000 000 AZN |
Notun nominal dəyəri | 100 АZN |
Notların tədavül müddəti | 28 gün |
Ödəmə tarixi | 01.11.2017 |
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 56 d. əvvəl
-
1 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl