Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bəzi banklar niyə krediti sığortasız təklif edirlər?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bəzi banklar niyə krediti sığortasız təklif edirlər?

Bəzi banklar sığortaya niyə əlavə xərc kimi baxır?


Deyəsən artıq bəzi banklar üçün sığorta şirkətləri ilə əməkdaşlıq o qədər də önəmli və maraqlı deyil.
Bu, son vaxtlar bəzi bankların kredit məhsullarındakı təkliflərdə öz əksini tapıb.

Reklam_3_11


Ola bilsin ki, sığortasız kredit təklif edən banklar ümumiyyətlə indiyədək həyat və ya qeyri-həyat sığortası şirkətləri ilə əməkdaşlıq etməyib. Lakin bu banklar sığortasız verilən kreditləri böyük riskə məruz qoyublar.

 

Vətəndaş şəxsiyyət vəsiqəsi ilə zaminsiz 5 min manat kredit götürür və bir müddət sonra ölür. Krediti kim ödəyəcək? Heç kim. Beləliklə də, həmin bankın problemli kredit portfelinin həcmi artır. Sığorta olduğu halda bunlar yaşanmır. Risk demək olar ki sığorta şirkətinin üzərinə düşür


Bəs görəsən bəzi banklar niyə öz kredit məhsullarında sığortasız kredit təklif edir?


Səbəb çox asandır. Kredit müştəriyə daha asan və sərfəli, xərcsiz başa gəlsin deyə. Bu banklar daha çox müştəri cəlb etmək üçün düşən fürsətdən maksimum yararlanırlar. Müştəriyə nə lazımdır? - xərcləri və kommissiyası az olan kredit.


Belə çıxır ki, bu banklar sığortasız kreditlər təklif etməklə digər bankların müştəri bazasının azalmasına təsir edə bilərlər.


Əgər tendensiya belə davam edərsə, sığorta şirkətləri ilə işləyən banklar əməkdaşlıqdan imtina edə bilərlər.

 

© Elnur Hüseyinquliyev

03.10.2017 14:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ