Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Fitch" neft qiymətlərinin 60 dollardan aşağı qalacağını gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fitch" neft qiymətlərinin 60 dollardan aşağı qalacağını gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", qlobal bazarda xam neft qiymətlərinin  60 dollardan aşağı qalacağını bildirib.


 
"Marja" xəbər verir ki, "Fitch Ratings"dən edilən açıqlamada, dünya üzrə neft hasilatı xərclərinin aşağı düşdüyünə diqqət çəkilib.

Reklam_3_11

 

ABŞ-da şist nefti istehsalındakı artıma işarə edilən açıqlamada, şist neftinin dəyişən bazar şərtlərinə və qiymətlərinə sürətli adaptasiya ola bildiyi qeyd edilib.


 
ABŞ-da qazılmış neft quyularının sayının 2016-nın sonundan bu yana 45 faiz artdığı bildirilən açıqlamada, ölkənin xam neft hasilatının da 2016-cı ilin  İyul ayındakı gündəlik orta hesabla 8,4 milyon barreldən keçən həftə 9,5 milyon barelin üstünə qalxdığı vurğulanıb.
 

Açıqlamada, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatın azaldılması planının qlobal bazarda yaxın müddətdə tələb-təklif balansına kömək edə bilməyəcəyi qeyd olunub.
 

Neftbazalarda xam neft və neft məhsulları ehtiyatlarının hələ də yüksək olduğuna diqqət çəkilən açıqlamada, bunun qiymətlər üzərində təzyiq yaratdığı ifadə edilib.
 

"Fitch Reytings"ə görə, Brent növü xam neftin barrel qiyməti bu ilin son rübündə və gələn il orta hesabla 52,50 dollar, 2019-da da orta hesabla 55 dollar olacaq.


 
ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin barreli isə bu ilin son rübündə və gələn il orta hesabla 50 dollar, 2019-da da orta hesabla 52,50 dollar təşkil edəcək.

04.10.2017 05:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ