Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank: Biz məzənnəyə birbaşa deyil, dolayı təsir edirik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank: Biz məzənnəyə birbaşa deyil, dolayı təsir edirik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tam üzən məzənnə rejiminə keçid artıq təmin olunub. Çünki bu gün valyuta bazarında formalaşan məzənnə valyutaya tələb və təklif amilləri əsasında formalaşır.


Bu  barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev məlumat verib.

Reklam_3_11


"Mərkəzi Bankın makroiqtisadi göstəricilərə təsiri pul siyasəti ilə həyata keçirilir. Yəni bizim artıq məzənnəyə təsirimiz bazara birbaşa müdaxilə etmək hesabına deyil, dolayı təsirdir. Pul kütləsi və pul təklifinə təsir etmək mexanizmi ilə biz tam üzən məzənnə rejiminin daha effektiv fəaliyyət göstərməsi üçün iqtisadi sabitliyi təmin etmək üçün bir effektiv instrument kimi istifadə edə bilirik.


Yeni tədbirlərdən biri də alternativ lövbərin yaradılmasıdır. Yəni iqtisadi sabitliyin təmin olunması üçün əsas nəzarət etdiyimiz göstərici əvvəlki illərdən fərqli olaraq pul kütləsinin tam nəzarətə alınmasıdır. Əgər pul kütləsi tam nəzarət altına alınmışsa ,Mərkəzi Bankın və Maliyyə Sabitliyi Şurası çərçivəsində razılaşdırılmış göstərici ətrafındadırsa, bu təbii ki, məzənnənin sabitliyini və digər makroiqtisadi göstəricilərin və bütövlükdə iqtisadiyyatın artımını təmin edir", - deyə o bildirib.

 

© Report

04.10.2017 05:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ