Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan oteli “Ən yaxşı kurort oteli” mükafatını ala bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan oteli “Ən yaxşı kurort oteli” mükafatını ala bilər

TurStat analitik agentliyi “National Geographic Traveler Awards 2017” mükafatına internet-səsvermənin ilkin yekunlarını təhlil edib.

 

Reklam_3_11

TurStat agentliyinin saytında bildirilir ki, Azərbaycan bu mükafatın “Sağlamlaşdırıcı istirahət” nominasiyasında ilk beşliyə daxildir. İsrailin liderlik etdiyi bu beşlikdə Almaniya, Sloveniya və İsveçrə də var.

 

Qəbələdəki “Chenot Palace” oteli “Ən yaxşı kurort oteli” nominasiyasında ilk beşliyə daxildir. Çimərlik istirahəti üçün Yunanıstan, ailəvi istirahət üçün Kipr, ekskursiya turizmi üçün İtaliya, dağ xizəkçiliyi üçün Avstriya, macəra turizmi üçün Argentina, ekzotik turizm üçün Yaponiya, qastronomik və aqrar turizm üçün Gürcüstan liderlik edir. Çin isə “ilin kəşfi” sayılır.

 

Rusiyada sağlamlaşdırıcı istirahət üçün Altay diyarı irəlidə gedir. Bu ölkədə macəra tipli istirahət üçün Kamçatka, ekoloji turizm üçün Xakasiya, ekskursiya tipli turizm üçün Leninqrad vilayəti liderdir.

 

“National Geographic Traveler Awards 2017” mükafatına internet-səsvermə mayın 22-dən oktyabrın 15-dək http://www.nat-geo.ru/ngt-awards-2017/ saytında aparılır.

04.10.2017 05:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ