Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal iqtisadiyyata dair proqnozlar açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal iqtisadiyyata dair proqnozlar açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya Bankı, "Qlobal İqtisadi Gözləntilər" (GEP) hesabatının Yanvar 2017-ci sayını dərc edib.

 

“Marja” xəbər verir ki, Dünya Bankı hesabatında 2017 və 2018 illərə dair qlobal iqtisadi artım gözləntilərini aşağı salıb.

 

Hesabatda, keçən il 2,3% artacağı nəzərdə tutulan qlobal iqtisadiyyatın 2017-də bir qədər yüksələrək 2,7%-ə genişlənəcəyi təxmininə yer verilib. İnkişafın  nisbətən sürətlənməsinə inkişaf edən bazar iqtisadiyyatlarında daxili tələbatın gücünü qorumasının təsir göstərəcəyi vurğulanıb.

 

Hesabata görə, Dünya Bankı qlobal inkişafın 2018 və 2019-cu illərdə 2,9%-ə çıxmasını gözləyir. Təşkilatın böyümə gözləntiləri, 6 ay əvvəl dərc olunan bir əvvəlki GEP hesabatında 2018 üçün 2,8 faiz və 2019 üçün  3% olaraq təyin olunmuşdu.

 

Hesabatda  ABŞ-ın bu və gələn ilə bağlı iqtisadi inkişaf gözləntilərində dəyişiklik edilməməsi diqqəti çəkir.  Dünya Bankı ABŞ iqtisadiyyatının bu il 2,2 faiz, 2018-də 2,1 faiz və 2019-da 1,9 faiz artmasını gözləyir.  

11.01.2017 05:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ