Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank təqaüdçüləri maarifləndirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank təqaüdçüləri maarifləndirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sosial layihə həyata keçirir.

 

Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində təqaüdçülər üçün maliyyə savadlığı tədbirləri keçiriləcək.

 

İlk tədbir Bakı şəhərində keçirilib. Tədbirə gələn təqaüdçülər üçün “Ödəniş kartlarından istifadə və təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlim materiallarında pensiya kartları, bankomat, PİN kod, POS terminal barədə ətraflı məlumat verilib. Həmçinin kart itirildikdə, oğurlandıqda, bankomatda qaldıqda nə etmək lazım olduğu izah olunub.

 

Qeyd edək ki, layihə çərçivəsində gələn həftə İsmayıllıda, Gəncədə və Lənkəran da analoji təlimlərin keçirilməsi planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

04.10.2017 08:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ