Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

PAŞA Bank krediti gecikdirən müştərilərinə xarici investor tapacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank krediti gecikdirən müştərilərinə xarici investor tapacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

PAŞA Bank verdiyi krediti gecikdirən müştərilərinin fəaliyyətinə dəstək göstərəcək.

 

“Marja” xəbər verir ki, bunu bu gün keçirilmiş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva bildirib.

 

“Hazırda PAŞA Bankın 1 milyon 260 min manat krediti portfelinin 13,1%-nin ödəmə vaxtı keçib. Bu göstərici ötən ilin sonunda 12% idi. Təxminən 1% artım tikinti sektorunda olan müştərimizin gecikməsilə bağlıdır. Lakin 2017-ci ilin sonunda bu nisbətin aşağı düşəcəyini gözləyirik. Belə ki, biz krediti gecikdirən müştərilərimizə kömək göstərəcəyik. Bu müştərilər əsasasən iri korporativ müştərilərdir. Həmin müştərilərin bizneslərinə xarici investorlar cəlb edərək onlara dəstək verəcəyik. Maliyyə vəsaiti cəlb edəcək və fəaliyyətini genişləndirəcək müştərilərimizin kreditləri də qaytarmağa başlayacağına inanırıq”,- Xəyalə Nağıyeva bildirib.

04.10.2017 08:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ