Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İri bank Dolların bahalaşmasını şərh etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri bank Dolların bahalaşmasını şərh etdi

 

“Son günlər banklarda Dolların alış və satış məzənnələrindəki cüzi artım ötən şənbə gününün banklar üçün iş günü elan edilməsilə əlaqədardır”.

 

Bunu “Marja”ya PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva bildirib.

 

Onun sözlərinə görə, Bankın korporativ müştərilərinin dollar alışında kəskin artım müşahidə olunmur:

 

“Ötən şənbə gününün banklar üçün rəsmi iş günü elan olunması ictimaiyyətdə təşvişə səbəb oldu. Bir çox insan yenidən devalvasiya olacağını fikirləşdilər. Əslində şənbə gününün iş günü elan olunması büdcə məsələlərilə bağlı idi. Hələ də Mərkəzi Bankın qərarının təşvişi davam edir. Bir neçə gün sonra insanlar heç bir şey olmadığını görüb sakitləşəcəklər. Makro iqtisadi göstəricilərdə kəskin pisləşmə olmadığından Dolların məzənnəsinin ciddi dəyişəcəyi gözlənilmir”.

 

Qeyd edək ki, bu həftənin əvvəlində banklarda dolların alış və satış qiymətlərində artım müşahidə olunub. Mərkəzi Bank depozit hərracında cəlb edəcəyi vəsaiti və notların həcmini artırıb.  

04.10.2017 11:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ