Nəhəng bank Azərbaycan iqtisadiyyatı barədə proqnozlarını açıqladı
2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,3% azalacaq.
Bunu "Reuters" agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov bildirib.
Bundan öncə ADB cari ildə Azərbaycanda ÜDM-in 1,1% azalacağını proqnozlaşdırıb.
Nümayəndəli rəhbərinin sözlərinə görə, iqtisadi azalmanın əsas səbəbi neftin ucuzlaşmasıdır.
"İqtisadi azalmanın əsas səbəbi neft hasilatının azalmasıdır. Belə ki, 2017-ci ilin ilk yarısında ölkədə neft hasilatı 9% azalıb. Bu isə ötən ilin analoji dövründə müşahidə etdiyimiz azalmadan 0,4% çoxdur", - deyə o bildirib.
Bununla yanaşı, N. Manapbekov hesab edir ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı artım nümayiş etdirəcək:
"2018-ci ildə "Şahdəniz-2" yatağından hasilata başlanması və özəl sektorun sağlamlaşdırılması fonunda iqtisadi artım müşahidə olunacaq".
Onun fikrincə, gələn Azərbaycanda ÜDM 1% artacaq.
ADB rəsmisi qeyri-neft sektorunda müşahidə olunan müsbət tendensiyanı alqışlayıb.
Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda inflyasiya 14% səviyyəsində olacaq. Bundan öncə proqnoz 9% olub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
9 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
11 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl