Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Putin və Səudiyyə kralı nefti müzakirə edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin və Səudiyyə kralı nefti müzakirə edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz Səudla OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə etmək niyyətindədir.


TASS agentliyi xəbər verir ki, bu barədə V.Putin Rusiya energetika həftəsində bildirib.


"Əsas müttəfiqlərimizlə, o cümlədən OPEC və digər əsas neft hasilatçıları ilə təmasdayıq. S.Ərəbistanının kralını qəbul etmək şərəfi əldə edəcəyik. OPEC+ anlaşmasının uzadılmasını onunla da müzakirə edəcəyik", - deyə Rusiyanın dövlət başçısı qeyd edib.


Prezident anlaşmanın uzadılmasının mümkünlüyünü bildirib və qeyd edib ki, cari anlaşma bitdiyi zaman, yəni 2018-ci ilin mart ayının sonunda neft bazarındakı vəziyyətə uyğun hərəkət etmək lazımdır. Tərəflər arasında razılaşma əldə olunarsa, Rusiya anlaşmanı 2018-ci ilin sonuna qədər uzatmağa hazırdır.


"Anlaşmanı uzatmaq qərarı aldıqda, onun müddətini də danışarıq. Mümkün variantlara gəlincə, bu ən azı 2018-ci ilin sonudur", - deyə prezident əlavə edib. 

 

© Report

04.10.2017 14:03

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ