Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Sənaye Bankı saytını tam yenilədi - XİDMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Sənaye Bankı saytını tam yenilədi - XİDMƏTLƏR

Azərbaycan Sənaye Bankı tam yenilənmiş korporativ saytını istifadəyə verib. 

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, yenilənmiş sayt müasir dizayna malik olmaqla bərabər, istifadə rahatlığı ilə də seçilir. Sayt hazırlanan zaman istifadəçinin bu sahədə gündəlik tələbatı, apardığı bank əməliyyatları nəzərə alınmışdır.

 

Həm fərdi,  həm də korporativ müştərilərin rahatlığını təmin etmək üçün sayt iki fərqli hissəyə ayrılmışdır. Bunu sayta daxil olan kimi görmək olur. Belə ki, fərdi müştərilər saytın "Həyatımız" bölməsinə, korporativ müştərilər isə "İşimiz" bölməsinə keçməklə özlərinə lazım olan məlumatları tapa bilərlər. Hər bir bölmə müvafiq müştəri qrupuna uyğun hazırlanılmışdır.

 

Müştərilər özlərinə lazım olan bölmədən məhsul və xidmətlər haqqında istədikləri məlumatı rahatlıqla əldə edə biləcəklər. Həm fərdi, həm də korporativ müştərilər üçün bankın yeni təqdim olunmuş "online bankçılq" xidmətinin də üstünlüklərindən yararlanmaq imkanı yaradılıb.

 

Kredit və ya plastik kart əldə etmək istəyənlər üçün "online sifariş", "online məlumatlandırılma" xidmətləri tətbiq olunub. Kredit kart istifadəçiləri isə SMS xəbərdarlıq, kommunal ödənişlərlərin qəbulu və kartlar üzrə digər xidmətlərdən yararlana bilərlər.

 

Bütün bunlardan başqa depozit və kredit kalkulyatoru, filial və bankomat şəbəkəsinin yerləşməsini göstərən xəritə və digər xidmətlər də istifadəçilərin ixtiyarındadır.

 

Saytda istifadəçilər üçün xüsusi rahatlıq təmin edən “Mənə zəng et!” xidməti də təqdim olunur. 

 

Bankın fəaliyyəti, yenilikləri, inkişaf strategiyası, maliyyə göstəriciləri və banka dair digər məlumatlar ayrıca bölmə şəklində təqdim olunub. 

 

Saytın rahat daxili axtarış sistemi istifadəçilərə onları maraqlandıran məlumatları qısa müddətdə əldə etmək imkanı verir.

 

Buna əmin olmaq üçün www.asb.az ünvanına daxil olmaq yetərlidir. Onu da qeyd edək ki, saytın mobil versiyasından da rahatlıqla yararlana bilərsiniz.

04.10.2017 14:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ