Suyun altda qalan maşınlar “Bank Standard”ın imiş
Son günlər yağan güclü yağışlar Bakıda və paytaxt ətrafında böyük gölməçələr əmələ gətirib. Bu gün isə Masazır qəsəbəsində bir neçə avtomobilin suyun altında qalması barədə məlumat yayılıb.
“Aysu” Qida Sənayesi şirkətinin qarşısından başlayaraq təxminən 300 metr ərazinin əksər hissəsi suyun altında qalıb. Bir metrdən artıq dərinliyi olan gölməçə nəticəsində 100-ə yaxın avtomobil də gölməçədə “qərq olub”.
Əldə edilmiş məlumata görə, həmin maşınlar uzun müddətdir orada saxlanılır. Belə ki, bu avtomobillər “Bank Standard” vasitəsilə kreditə götürülən, lakin ödənişi tamamlanmayan maşınlardır. Buna görə də bank tərəfindən geri alınaraq burada dayanacağa qoyulub.
Su yığıntılarının ərazisinə toplandığı daha bir şirkət isə “Aysu Qida Sənayesi”dir. Şirkətdən bildirilib ki, onlara bu hadisədən böyük ziyan dəyməyib: “Bizim şirkətin ərazisində azca su yığılmışdı, onu da təmizləmişik”.
Lakin “Bank Standard”ın əməkdaşlarından hadisə yerinə gələn, suyun altında qalan avtomobillərin taleyi ilə maraqlanan olmayıb.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
9 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
10 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
10 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
10 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 10 saat əvvəl
-
11 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
11 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 11 saat əvvəl
- 11 saat əvvəl