Mobil manşet üstü reklam_21

ABŞ-da neft hasilatının artması nefti ucuzlaşdırıb.

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft hasilatının artması nefti ucuzlaşdırıb.
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 6 milyon barrel azalaraq kəskin geriləmə göstərib.
 

"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 6 milyon barrel (1,3 faiz) azalaraq 465 milyon barrelə gerilədiyini açıqlayıb.
 

Bazar gözləntisi ehtiyatların 0,7 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 1,8 milyon barrel geriləmişdi.
 

Beləliklə, ABŞ-ın kommersiya xam neft ehtiyatları 2 həftə ardıcıl azalmışdır.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 1 milyon barrel (0,1 faiz) azalaraq 673,6 milyon barrelə enib.
 

ABŞ-ın həftəlik benzin ehtiyatları isə sözügedən həftədə 1,6 milyon barel (0,8 faiz) artaraq 218,9 milyon barelə yüksəlib. Bazar gözləntisi 1,1 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,1 milyon barel artım göstərmişdi.
 

Xam neft istehsalı yüksəlib
 

Bu dövrdə, ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 14 min barel artaraq 9,56 milyon barelə yüksəlib.
 

Beləliklə, ABŞ-ın xam neft istehsalı 4 həftə ardıcıl yüksəliş göstərib.
 

Ölkənin xam neft ixracı da, sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 493 min barel artımla 1,98 milyon barelə qalxıb, xam neft idxalı isə gündəlik orta hesabla 213 min barrel azalaraq 7,21 milyon barrelə enib.


 
ABŞ-ın kommersiya xam neft ehtiyatlarında kəskin azalma görülməsinə baxmayaraq, hasilatın artması neft qiymətlərinə mənfi təsir edib.


 
Bakı vaxtı ilə saat 08:30-da Qərbi Texas tipli xam neftin barrel qiyməti 49,95 dollardan, Brent növü neftin barrel qiyməti də 55,84 dollardan alıcı tapıb. Məlumat açıqlanmamışdan əvvəl Texas nefti 50 dolların, Brent nefti isə 56 dolların üzərində ticarət olunurdu.

05.10.2017 06:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ