Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yeni tariflə qaz pulu belə hesablanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni tariflə qaz pulu belə hesablanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarın icrası məqsədilə əhali istehlakçıları üzrə quraşdırılmış mexaniki məişət qaz sayğaclarının göstəriciləri 2016-cı ilin dekabrın sonu tam oxunaraq AGİS (Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) abonent bazasına daxil edilib. 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinə görə hər bir kubmetr üçün 10 qəpik ödəniş edəcək. İl ərzində 1700 kubmetrdən artıq istehlak olunan hər kubmetr təbii qazın dəyəri 20 qəpikdən hesablanacaq.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, istehlakçılara aylıq istifadə olunmuş qaz sərfinə görə təqdim olunacaq bildirişlərdə qeyd olunmuş hesablama tam əksini tapacaq.

Reklam_3_11

 

Smart ITRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə qaz sərfiyyatlarının hesablanması məqsədilə müvafiq proqram təminatları yenilənib. Artıq 2017-ci il yanvarın 1-i tarixindən etibarən əhali abonentləri tərəfindən aparılacaq ödənişlər toplanaraq illik istehlak həcmi 1700 kubmetr (170 AZN) olan abonentlər üçün hər bir kubmetr 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanaraq qaz həcmi şəklində sayğac kartına yüklənəcək.

©Azərtac

10.01.2017 16:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ