Məşhur ticari markanın adı ilə yeni şirkət yaradılıb
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN
Vergilər Nazirliyi "SAB Zəhmət-Ruzi" MMC-ni qeydiyyata alıb. SAB ticari markası ilə 2002-ci ildən süd və ət məhsulları istehsal edilir.
Yeni şirkətin direktoru "Zəhmət-Ruzi" müəssisəsinin keçmiş direktoru Əliheydər Fərəcullayevdir. Şirkət Xırdalanda yerləşir. "SAB Zəhmət-Ruzi" MMC və "Zəhmət-Ruzi" MMC-nin əlaqələrinin olduğu aydınlaşdırılıb. 2012-ci ilin iyulundan şirkətlərin təsisçiləri və onların pay iştirakı barədə məlumatlar məxfi sayılır.
Bu ilin martında KİV yazmışdı ki, "Zəhmət-Ruzi" MMC-nin təsisçisi Sabir Babayev öz payını ölkənin iri holdinqlərindən birinə satıb. İnformasiya təkzib edilmədi. Bu əməliyyatdan dərhal sonra "Zəhmət-Ruzi" MMC-nin kapitalı 0,9 min manatdan 11 milyon manata artırıldı. Ə. Fərəcullayevin yerinə İsgəndər İsgəndərov təyin edildi.
Yeni şirkət olan "SAB Zəhmət-Ruzi" MMC-nin ilkin kapitalına 15 mln. manat qoyulub.
© Contact
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 d. əvvəl
-
27 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 36 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 43 d. əvvəl
- 48 d. əvvəl
-
49 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb