Məzənnə fərqindən qazandı, səhmdarları aralarında böldü
Əsas investoru Ərəb körfəzindən olan "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" (XBİŞ) 2016-cı ili mənfəətlə başa vurub. Amma mənfəət mənbəyi təsərrüfat fəaliyyəti yox, valyuta məzənnəsi fərqidir. Bunun hesabına səhmdarlara dividend də verilib.
Balans hesabatına görə, 2016-cı ildə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin 24% pay sahibi olduğu şirkət bir neçə şirkətin kapitalında investisiya fəaliyyətindən 834 min manat qazanıb. Bunun 145,6 min manaatı mənfəətə yazılıb. Amma yüksək inzibati xərclər üzündən XBİŞ-in əməliyyat fəaliyyətinin nəticəsi 940 min manat mənfi olub.
Amma XBİŞ 2016-cı ili də əvvəlki il kimi mənfəətlə başa vura bilib. Mənfəətin bir hissəsi (493 min manat) bank hesablarındakı faizlərdən gəlir, 3 mln. manatdan çoxu valyutaların məzənnə fərqidir. Qeyd edək ki, 2015-ci ildə XBİŞ səhmdarları devalvasiyadan 9,5 mln manat qazanıb.
Hesabata əsasən http://ciic.az/#!/mediainformation/annual-reports, XBİŞ-in xalis mənfəəti 2015-ci və 2016-cı illərdə 5,5 mln və 2 mln manat olub. 2015-ci ildə səhmdarlar 3,9 mln manatdan çox vəsaiti aralarında bölüb. Bu ilin fevralında səhmdarlara 4 mln manat dividend verilib.
XBİŞ 2008-ci ildə tis edilib. 2016-cı ildə "Saham Holding" şirkəti payını (14,48%) "Aref İnvestment Company" şirkətinə satıb.
XBİŞ Azərbaycanda 7 şirkətin ( "Amara" MMC - 100%, "A-Agro" MMC - 68%, "Salat" MMC - 68%, "Agro Trading" MMC - 100%, "A-Plastic" MMC - 53,1% və "T-Tomatoes" MMC - 33%) kapitalında iştirak edir.
© Contact
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
4 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
7 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
10 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
10 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 14 saat əvvəl
- 14 saat əvvəl