Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıda uçuşların təhlükəsizliyi üzrə müşavirə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda uçuşların təhlükəsizliyi üzrə  müşavirə!

Bakıda oktyabrın 2-dən 6-dək Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası, "Azərbaycan Hava Yolları" (AZAL) QSC, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) dəstəyi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuşların təhlükəsizliyi üzrə Avropa regional ekspert qrupunun onuncu müşavirəsi keçirilir. 

 

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, konfransda 15 ölkədən, eyni zamanda beş beynəlxalq və regional təşkilatdan (ICAO, IAC, EASA, IATA, EUROCONTROL) təxminən 65 mütəxəssis, həmçinin iri aviasiya istehsalçıları – “Boeing” və “Airbus”un nümayəndələri iştirak edir.

 

Müşavirənin işi çərçivəsində ilk iki gündə taksonomiya və uçuşların təhlükəsizliyi üzrə praktiki seminarlar keçirilmişdir.


Konfransın ilk günlərinin yekunlarına əsasən qrupun işinin nəticələri bəyənilmiş və regional səviyyədə uçuşların təhlükəsizliyi sahəsində təşəbbüslərin reallaşdırılması istiqamətində növbəti addımlar planlaşdırılmışdır.


Azərbaycanın aviasiya hakimiyyətinin, ICAO, IATA, IAC, EUROCONTROL-un nümayəndələri və digər rəsmi şəxslər məruzələr ilə çıxış etmişdirlər.

 

IE-REST qrupu 2013-cü ildə ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun təşəbbüsü ilə yaradılmışdır. Qrupun əsas məqsədi uçuşların təhlükəsizliyi səviyyəsinin artırılması üzrə təşəbbüs və tədbirlərin hazırlanması və dəstəklənməsidir. Hazırda belə tədbirlər regional və beynəlxalq təşkilatların, tənzimləyici orqanların, aviaşirkətlərin və hava gəmiləri istehsalçılarının birgə səyləri ilə həyata keçirilir.

05.10.2017 09:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ