Ən yuxarı statik reklam_3

Bakıda Beynəlxalq Neft Sammiti keçiriləcək - proqramı elan edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Beynəlxalq Neft Sammiti keçiriləcək  - proqramı elan edilib

Oktyabrın 12-13-də Bakıda Beynəlxalq Neft Sammiti keçiriləcək. Sammit bu tədbirin baş tərəfdaşı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Argus” Qlobal Beynəlxalq Qiymət Agentliyi tərəfindən təşkil edilib.

 

Reklam_3_11

Sammitin təşkilatçılarının  təqdim etdiyi ilkin proqrama əsasən tədbirin rəsmi açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki regional prezidenti Geri Consun, energetika nazirinin Müavini natiq Abbasovun, “Argus Media”nın Rusiya, MDB ölkələri və Baltikyanı dövlətlərdə rəhbəri Vyaçeslav Mişşenkonun iştirak edəcəyi gözlənilir.

 

Sammitin sessiyalarında aşağıdakı mövzular müzakirə ediləcək: “Xəzər regionunun neft məhsulları bazarı”, Xəzər regionunda neft ixracının perspektiv istiqamətləri”, “Xəzər regionu ölkələrində neft və neft məhsulları bazarlarının inkişaf dinamikası”, “Xəzər regionunun nəqliyyat-logistika infrastrukturu”, “Azərbaycanda dəmiryol daşımalarının inkişaf meylləri”, “Qitələrarası dəmiryol dəhlizləri – Xəzər regionunda yeni imkanları”, “Xəzər regionunda maye yüklərin dəmiryol ilə daşınması”, “Azərbaycanın nəqliyyat infrastrukturunun vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda neft emalı”, “Xəzər regionunda mini neftayırma zavodlarının cari vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda dəniz daşımaları”, “Azərbaycanın Xəzər dəniz gəmiçiliyi idarəsinin neft və neft məhsullarını nəqletmə potensialı”, “Azərbaycanın kimya sənayesi: istehsal, daşıma, satış”, “Həmhüdud dövlətlərin neft-kimya bazarı”, “Xəzər regionunun qaz nəqletmə layihələri”, “Xəzər regionunun qaz dəhlizlərinin inkişafı – Cənub Qaz Dəhlizi” və s.

 

© Azərtac

05.10.2017 10:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ