Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Səudiyyə Ərəbistanı ABŞ-ın şist neftindən narahat deyil

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı ABŞ-ın şist neftindən narahat deyil

 
Səudiyyə Ərəbistanının energetika naziri Xalid
 Əl-Falih, Rusiyanın paytaxtı  Moskvada keçirilən "Rusiya Enerji Həftəsi 2017" Forumunda neft bazarına dair açıqlamalar verib.

 

"Marja" xəbər verir ki, Xalid Əl-Falih, gələn il ABŞ-dan bazara daha çox şist nefti daxil olmasının problem yaratmayacağını bildirərək, "OPEC üzvləri və Rusiya daxil olmaqla 24 ölkənin iştirakı neft hasilatının azaldılmasına dair bağlanmış müqavilələr bazarların sabitliyə qovuşmasına kömək oldu", - deyib.
 

 
Qlobal neft tələbatının artdığına işarə edən Əl-Falih, "Gələn il ABŞ-dan bazara daha çox daxil olacaq şist nefti məni narahat etmir. Tələbatın yüksəldiyi bir şəraitdə bunu məmnuniyyətlə qarşılayıram. Bazar bunu "həzm" edə biləcək",- deyib.


 
Əl-Falih, OPEC üzvü olan və olmayan ölkələrin əməkdaşlığı ilə neft bazarında tarazlığın təmin olunduğunu qeyd edərək, "Qlobal neft hasilatının azaldılmasına dair bağlanmış müqavilələr  bazarların sabitliyə qovuşmasına yardım etdi. Rəqəmlər hər şeyi göstərir. Hasilatda sabit azalmaları gördük. Qlobal bazarlarda neft tələbi sağlamdır və 2018-də də belə olacağını düşünürəm" deyib.

05.10.2017 13:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ