Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiya Mərkəzi Bankı kriptovalyutaların leqallaşdırılmasına qarşı çıxır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya Mərkəzi Bankı kriptovalyutaların leqallaşdırılmasına qarşı çıxır

Rusiyanın Mərkəzi Bankı özəl valyutanın bir forması olan kriptovalyutaların leqallaşdırılmasına qarşı çıxır.

 

Reklam_3_11

"Interfax" agentliyi xəbər verir ki, bunu tənzimləyicinin rəhbəri Elvira Nabiullina bəyan edib.


 
"Biz özəl pullara qarşıyıq. Onların hansı formada olmasından asılı olmayaraq. Kriptovalyutalar özəl rəqəmsal puldur. Biz isə qəti olaraq onların leqallaşdırılmasına qarşı çıxırıq", - deyə E. Nabiullina bildirib.


 
Buna baxmayaraq, baş bankir vurğulayıb ki, Rusiya Mərkəzi Bankı kriptovalyutaların "tənzimlənməsi kifayət qədər çətin olan transsərhəd hadisə" olduğunu anlayır.


 
"Bu gün kriptovalyutaların mayninqi ilə məşğul olanlar anlamalıdırlar ki, bu fəaliyyət ciddi risklə əlaqəlidir", - deyə o bildirib.

 

© APA

05.10.2017 14:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ