Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Təhsil sektoruna töhfə- "EduGrata"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Təhsil sektoruna töhfə- "EduGrata"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İNCİ şirkətlər qrupu 5 oktyabr - Ümumdünya Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edir və təhsil sektoruna öz yeni töhfəsini təqdim edir.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, oktyabrın 5-i İNCİ şirkətlər qrupuna daxil olan "EduGrata" Təhsil Mərkəzinin açılış mərasimi keçirilib.

 

Açılış mərasimində iştirak edən qonaqlar mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, gələcəyin savadlı kadrlarının yetişdirilməsi üçün yaradılan müasir texniki avadanlıqlarla təchiz olunmuş TəhsilMərkəzinin fəaliyyətində uğurlar arzulayıblar.

 

Tədbir zamanı İNCİ şirkətlər qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Şahanə Sarı bildirib ki, İNCİ şirkətlər qrupu daimdövlət siyasətinin davamı olaraq təhsil sahəsinə də investisiya yatırmağı və bu istiqamətdə müxtəlif layihələr həyata keçirməyi korporativ vətəndaşlıq borcu hesab edir.

 

"EduGrata" Təhsil Mərkəzi aşağıda göstərilən istiqamətlər əsasında öz fəaliyyətini qurub:

 

-EduGrata Təhsil Mərkəzi;

-EduGrata Psixoloji Mərkəzi;

-EduGrata Xaricdə Təhsil Mərkəzi;

-EduGrata Peşə Mərkəzi;

-EduGrata Kids Mərkəzi;

-EduGrata Elm Mərkəzi;

-EduGrata Media Mərkəzi.

 

"EduGrata" Təhsil Mərkəzinin ən mühüm üstünlüyü peşəkar və gənc müəllim kollektivinə malik olması, interaktiv dərslərin keçirilməsi üçün lazım olan bütün zəruri texniki avadanlıqlarla təchiz olunması, hər bir kurs iştirakçısının fərdi bilik və bacarıqlarına uyğun individual tədris sisteminin qurulmasıdır. O cümlədən dinləyicilərə və onların ailələrinə ödənişsiz psixoloji dəstək göstərilməsi imkanı yaradılması, aylıq və həftəlik ödənişsiz sınaq imtahanlarının keçirilməsinin nəzərdə tutulması "EduGrata" Təhsil Mərkəzinin mühüm üstünlüklərindəndir.

 

Nəsimi metrosunun yaxınlığında yerləşən 4-cü, 6-cı və 9-cu mikrorayon sakinləri öz övladlarının təhsilini əminliklə "EduGrata" Təhsil Mərkəzinə həvalə edə bilərlər.

 

Qeyd edək ki, İNCİ şirkətlər qrupu 1995-ci ildən Satış və Distribyutor şirkəti olaraq fəaliyyətə başlamış, dəftərxana və ofis ləvazimatları, məktəb ləvazimatları, idman malları, mətbəx və təmizlik əşyaları, elektrik malları, həmçinin ticarət, bank və ofis avadanlıqları, uşaq oyuncaqları, təhlükəsizlik vasitələri, kompüter və qurğularının satışını təşkil edir, o cümlədənçap, poliqrafiya xidmətləri, proqram həlləri xidməti həyata keçirir. OYAL, ASSİS, QUİCKS, SilSil, Shirinbalam, Boltexno, Frauzen, Hansbur, Samuray, Zyklen və s. markalar İNCİ şirkətinin geniş istehlakçı auditoriyası tərəfindən sevilərək istifədə edilən məhsullarıdır.

 

Daha ətraflı: www.inci.az

www.ofisait.com

05.10.2017 15:28

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ