Ən yuxarı statik reklam_3

“Merkuri –İnşaat/Conco” konsorsiumu 2 bina tikəcək - MÜQAVİLƏ İMZALANIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Merkuri –İnşaat/Conco” konsorsiumu 2 bina tikəcək - MÜQAVİLƏ İMZALANIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC Bakının Yasamal rayonunda mənzil kompleksinin ərazisində çoxmənzilli iki yaşayış binasının tikintisi üçün “Merkuri –İnşaat/Conco” konsorsiumunu cəlb edib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

“Tikinti işlərinə 2 binanın inşası daxildir (12 mərtəbəli bir bloklu, 9 mərtəbəli 2 bloklu). 11 sentyabr tarixində konsorsium ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri 6 mln. 157 min 897,4 manat təşkil edir”, - nazirlikdən qeyd ediblər.

 

Məlumata əsasən, o cümlədən MİDA qeyd olunan kompleksin daxili ərazi və xarici qaz təchizatı sisteminin yaradılması məqsədilə podratçı qismində “Qaz Oil Building” MMC-ni cəlb edib. 

 

 SƏNƏDLƏRİN HAZIRLANMASINA 400 MİN MANAT SƏRF OLUNACAQ

 

MİDA ikinci sosial mənzil kompleksinin inşası üçün sənədlərin hazırlanmasına 400 min manata yaxın vəsait sərf edəcək

 

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC Bakı şəhərinin Suraxanı rayonu Hövsan qəsəbəsində çoxmənzilli yaşayış kompleksinin tikinti layihə-smeta sənədlərini hazırlanması üçün podratçı qismində “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC-ni cəlb edib.

 

“Sənədləşdirmə mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli, yaşayış binaları, sahədaxili və sahəxarici mühəndis xətləri, Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi, məktəb, uşaq bağçası, sosial obyektlər, mühəndis qurğuları və dövlət orqanları ilə razılaşmaları əhatə etməlidir. Cari il avqustun sonunda podratçı ilə müqavilə imzalanıb”, - nazirlikdən qeyd ediblər.

 

Müqavilənn dəyəri 397 min manatdır.

 

© “İnterfaks-Azərbaycan” 

05.10.2017 15:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ