Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azı 250 ton olacağı gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azı 250 ton olacağı gözlənilir

İsmayıllı rayonunda hələlik 60 hektarda fındıq yığımı başa çatıb.

 

Reklam_3_11

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, bölgədə 76 hektar bar verən fındıq bağı var. Məhsuldar bağlar əsasən İsmayıllı şəhərinin, Topçu, Qurbanəfəndi, Quşencə, Tircan, Talıstan, Diyallı ərazi vahidlərinin torpaq sahələrindədir. Hələlik hər hektardan 35-37 sentner fındıq əldə olunur.

 

Qeyd edək ki, rayonda ümumilikdə 688,2 hektar fındıq bağı var. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə, aqrar sektorda aparılan islahatlara əsasən bağların 601,2 hektarı 2016-cı ilin payızında və cari ilin yaz aylarında əkilib.

 

Ötən il bar verən bağlardan 230 ton fındıq götürən İsmayıllıda bu il məhsul istehsalının azı 250 ton olacağı gözlənilir.

 

© Azərtac

06.10.2017 06:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ