Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

BOKT-ların çətinliyini açıqladı - "HƏSSAS YANAŞIRLAR"

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT-ların çətinliyini açıqladı - "HƏSSAS YANAŞIRLAR"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan Manatının devalvasiyalarından sonra beynəlxalq maliyyə institutları Azərbaycanın mikromaliyyə təşkilatları ilə əməkdaşlıq etməyə ehtiyatla yanaşırlar.

Reklam_3_11

 

“Marja” xəbər verir ki, bunu Bakıda keçirilən “Mikromaliyyənin Gələcəyi: Çətinliklər və İmkanlar” adlı konfransda Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı direktoru Jalə Hacıyeva bildirib.

 

“Azərbaycan manatının devalvasiyalarından sonra bank olmayan kredit təşkilatlarında və kredit ittifaqlarında geri ödənməyən kreditlər kəskin artdı. Bu gün valyuta risklərinə görə, beynəlxalq təşkilatlar və maliyyə institutları yerli mikromaliyyə təşkilatları ilə işləməyə həssas yanaşırlar. Bu gün mikromaliyyə təşkilatlarının vəsaitlərin cəlbinə ehtiyacı var. Biz inanırıq ki, Azərbaycan kökuməti mikromaliyyəyə önəm verir”,- Jalə Hacıyeva deyib.

 

Jalə Hacıyeva əlavə edib ki, ötən illər ərzində mikromaliyyə təşkilatları tərəfindən 20 milyard manatdan çox kredit verilib. Kreditlər 5 milyon nəfəri əhatə edib.

 

Qeyd edək ki, bank olmayan kredit təşkilatları Mərkəzi Bankın onlara vəsait ayırmasını arzu edirlər.

06.10.2017 07:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ