Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Maliyyə sektorundakı likvid vəsaitlər açıq hərrac yolu ilə bazar iştirakçıları arasında bölünəcək”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Maliyyə sektorundakı likvid vəsaitlər açıq hərrac yolu ilə bazar iştirakçıları arasında bölünəcək”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanda 2015-ci ildə yeni iqtisadi şəraitin yaranması ilə ölkənin maliyyə sektorunun düşdüyü vəziyyətdən çıxarılması üçün dövlət etməli olduğunu edib".

 

Reklam_3_11

“Bunu bu gün Bakıda keçirilən “Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar” adlı V İnvestorlar Yarmarkasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

 

“Yeni iqtisadi şəraitə uyğun Strateji Yol Xəritələri qəbul edilib, maliyyə sektoruna nəzarət üçün Maliyyə Sabitliyi Şurası yaradılıb, lazımi tədbirlər həyata keçirilir. Bankların maliyyə imkanlarının genişləndirilməsi, onların manatla olan resurslara çıxış imkanlarının artırılması üçün “Nağdsız hesablaşmalar haqqında” qanun qəbul edilib. Son nəticədə bank sektorunda 4 mlrd. manat məbləğində likvidlik yaranıb. Artıq xaricdən vəsait cəlb etməyə ehtiyac qalmayıb. Banklar daxildən manatla vəsait cəlb edə biliblər. Yaxın vaxtlarda banklararası açıq hərrac mexanizmi işə düşəcək və mövcud likvid vəsaitlər maliyyə subyektləri, bazar iştirakçıları arasında bölünəcək”, - deyə Z.Nuriyev qeyd edib.

 

Z.Nuriyevun sözlərinə görə, likvidlik probleminin həll edilməsi Azərbaycanda kredit faizlərini də aşağı salmaq imkanı yaradıb: “Hazırda mikromaliyyə təşkilatları illik təxminən 40%-lə kredit verir. Amma artıq imkanlar yaranıb ki, likvid vəsaitlərin formalaşması hesabına bu faizlər aşağı salınsın. Əvvəllər bank sektorunun qarşısında duran məsələ bank sektoruna vəsait cəlb edilməsi idisə, hazırda prioritet bu vəsaitlərin sərfəli şərtlərlə ölkə iqtisadiyyarına ötürülməsidir”. 

 

©Report

06.10.2017 08:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ