Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Anar Həsənov: Bank sektorunda birləşmələr davam edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Anar Həsənov: Bank sektorunda birləşmələr davam edəcək

“Azərbaycanda bankların konsolidasiyası müzakirələri davam edir. Biz də yerli banklardan və səhmdarlarımız olan böyük beynəlxalq maliyyə təşkilatlarından digər banklar ilə birləşmək barədə təkliflər alırıq”.

 

Bunu “Marja”ya “AccessBank” QSC-nin İdarə Heyəti Sədrinin Birinci Müavini və Baş Əməliyyat İnzibatçısı Anar Həsənov bildirib.

 

“Bu təkliflər digər hansısa yerli bankda pay almaq və konsolidasiya ilə bağlıdır”,- deyən Anar Həsənov sözlərinə belə davam edib:  “Bu təkliflərin heç biri üzrə danışıqlara başlanmayıb. Sadəcə təkliflərdir. Bu təkliflərdən birini email ilə rəsmi şəkldə almışıq, digərləri isə şifahi şəkildə bizə bildirilmişdir”.

 

Anar Həsənov, “Siz  “AccessBank”ın digər bank və ya banklar ilə birləşməsinə necə baxırsınız? sualına, “Mən hesab edirəm ki, 2018-ci ildə bank sektorunda konsolidasiya davam edəcək. Çoxlu kiçik banklar dövrü bitəcək və daha böyük banklar yaranacaqdır. Mənim əldə etdiyim məlumata görə, hazırda Azərbaycanın bank sektorunda bir neçə lider bank  birləşmək üçün bəlli variantara baxırlar”,- şəkilində cavab verib.

 

Anar Həsənov əlavə edib ki, Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoyması ölkədə güclü bankların olmasını tələb edir.

 

İdarə Heyəti Sədrinin Birinci Müavini bildirib ki, “AccessBank”ın səhmdarları Azərbaycan bazarına inanırlar və bank bazarda qalacaqdır. Hazırda səhmdarları “AccessBank”ın nizamnamə kapitalını artırmaqdadırlar. Sonuncu dəfə kapital  20 milyon manat artırılıb.

06.10.2017 09:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ