Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

DəmirBank 28 il - 4 milyard kredit, 1 milyon hesab...

iç səhifə xəbər başlığı altı (mobil)_31
DəmirBank 28 il - 4 milyard kredit, 1 milyon hesab...
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin ilk kommersiya banklarından biri olan DəmirBank 28-ci il dönümünü qeyd edir.

 

6 oktyabr 1989-cu  ildə yaranmış Azərdəmiryolbank adı ilə fəaliyyətə başlamış Bank 2009-cu ildən fəaliyyətini DəmirBank adı ilə həyata keçirir.

 

DəmirBank fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərərək, onların rifahı üçün çalışmış, bir çox nailiyyətlər əldə edərək ölkədə aparıcı banklardan birinə çevrilib.

 

Yarandığı vaxtdan əsas iş prinsipləri hər bir müştəriyə fərdi yanaşma, rahat və keyfiyyətli xidmət təqdim etmək olan DəmirBank, qeyd edilən müddət ərzində 4 milyard AZN-dən çox kredit və 200 milyon AZN-ə yaxın depozit faizi verib, 200 mindən çox plastik kart və 1 milyona yaxın cari hesab öz müştərilərinin istifadəsinə təqdim edib. Fəaliyyəti ərzində 4000-ə yaxın şəxs böyük DəmirBank ailəsinin üzvü olub.

 

Hazırda DəmirBank-ın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya Maliyyə Təşkilatı kimi beynəlxalq maliyyə institutları yer alır. Qısa zamanda 11 beynəlxalq investorun Bank-ın məcmu kapitalının əhəmiyyətli dərəcədə artırılması (105 milyon USD) ilə DəmirBank öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq.

 

06.10.2017 11:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ