Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Fintech"in təbiqi mikrokreditləri ucuzlaşdırmağa imkan yaradacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fintech"in təbiqi mikrokreditləri ucuzlaşdırmağa imkan yaradacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fintech" sahəsində innovativ texnologiyalarının tətbiqi Azərbaycanda mikromaliyyələşmə ilə məşğul olan təşkilatlara müştərilər üçün maikromaliyyə xidmətlərinə çıxışı təmin etməyə imkan verəcək.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı belə heasb edir.

 

“Mikromaliyyə təşkilatları xərclərin aşağı salınması üçün "Fintech" texnologiyasından istifadə etməlidirlər”, - V.Qasımlı cümə günü Bakıda "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda konfranslıda çıxışında bildirib.

 

Onun fikrincə, mikromaliyyə təşkilatları hüquqi və fiziki şəxslərə əlçatan dərəcələrlə kredit ehtiyatları təqdim etməlidir. “Bunu məhz "Fintech" texnologiyasının tətbiqi ilə təmin etmək mümkündür”, - o əlavə edib.

 

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva tədbirdə çıxışında bildirib ki, 20 il ərzində mikrokreditləşmənin həcmi 20 mlrd. manatı ötüb.

 

Bununla belə, o əlavə edib ki, manatın devalvasiyasından sonra vaxtı ötmüş mikrokreditlərin sayı artıb. “Biz inanırıq ki, Azərbaycan hökuməti mikromaliyyələşmə kimi səmərəli alətin fəaliyyət göstərməsi məqsədilə əlverişşli şəraitin yaradılması üçün tədbirlər görəcək", - J.Hacıyeva vurğulayıb. 

 

© İnterfaks-Azərbaycan

06.10.2017 11:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ