Ən yuxarı (mobil)-2_30

Dollar trendi qırdı - fondlar alışa keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar trendi qırdı - fondlar alışa keçib

Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-da məşğulluq göstəricisinin proqnozu qarşılaması Dolları dəstəkləyə bilər.

 

"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Bloomberg Dollar İndeksi, ABŞ-da Cümə günü açıqlanacaq məşğulluq hesabatı ərəfəsində bir ilin ən yaxşı həftəlik qazancını qeyd etməyə yönəlib.

 
Dolların on mühüm valyuta qarşısındakı dəyərini təqib edən göstərici, Cümə günü builki aşağı istiqamətli trendini qırıb. İndeksin bu həftəni artım ilə başa vurması, aşağı istiqamətli mövqelər üzərindəki təzyiqi artıra bilər. London və Avropada olan treyderlərə görə, hedc və digər fondların dollar alışlarında Oktyabr ayında artım qeyd edilib.
 

ABŞ kənd təsərrüfatı xaric məşğulluq göstəricisi Fed-in 2017-ci il başa çatmadan 3-cü dəfə faiz artırıb-artırmayacağı barədə investorlara ipucu verəcək. Məlumat, Dolların gedişi baxımından da əhəmiyyət daşıyır. Sentyabr ayında məşğulluğun 100 min artacağı gözlənilir. Göstəricinin aşağı düşməsinin də, Dolların bahalaşmasına mənfi təsir göstərməyəcəyi bildirilir. Çünki Sentyabrda məşğulluqdakı geriləmə qasırğaların təsiri ilə ola bilər. 
 


Bloomberg Dollar İndeksi 1171.94 bəndi görüb. Dollar/yen məzənnəsi isə 0.11 faiz qalxaraq 112.94 səviyyəsindən alıcı tapıb. Avro/Dollar məzənnəsi isə 1.1706 səviyyəsinə düşüb ( Avro ucuzlaşıb, Dollar bahalaşıb).

 

Fed-in 2017-ci ilin Dekabr ayında faiz artıracağı ehtimalı 73.3 faiz səviyyəsindədir.

06.10.2017 14:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ