Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dollar ilə bağlı kritik məlumat açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar ilə bağlı kritik məlumat açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq 2010-cu ildən bəri ilk dəfə azalıb. Əmək Nazirliyinin məlumatlarına görə, məşğulluq "Harvey" və "İrma" qasırğalarının təsirilə Sentyabr ayında 33 min nəfər azalıb.


 

Reklam_3_11

Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlandı.

 

“Marja” xəbər verir ki, Sentyabrda ABŞ iqtisadiyyatı kənd təsərrüfatı xaricində 33 min azalıb. Məşğulluğun 80-100 min artacağı gözlənirdi. Beləliklə, açıqlanan fakt proqnozu qarşılamayıb. Məşğulluqda geriləmənin qasırğalar ilə bağlı olduğu bildirilir.

 

Sentyabrda işsizlik nisbəti 4,2%-ə düşüb. Bu, 16  ilin ən aşağı səviyyəsidir. İqtisadçılar işsizliyin 4.4%-də qalacağını gözləyirdilər. 

 

ABŞ kənd təsərrüfatı xaric məşğulluq göstəricisi Fed-in 2017-ci il başa çatmadan 3-cü dəfə faiz artırıb-artırmayacağı barədə investorlara ipucu verir.

 

Orta hesabla saatlıq maaşlar aylıq 0.3%artım gözləntisinə qarşı 0.5% artıb, illik müqayisədə isə 2.5% yüksəliş gözlənərkən 2.9% artıb.

 

Avqust ayına dair kənd təsərrüfatı xaric məşğulluq rəqəmi isə165 mindən 164 minə dəyişdirilib.

 

DOLLAR BAHALAŞDI

 

Məlumatın açıqlanmasından sonra Dollar Avro qarşısında bahalaşıb və məzənnə 1.17 səviyyəsindən də aşağı düşüb (saat 16:43-də 1.1682). Analitiklər də, göstəricinin aşağı düşməsi vəziyyətində Dolların bahalaşacağını gözləyirdilər. Çünki Sentyabrda məşğulluqdakı geriləmə müvəqqəti - qasırğaların təsirilədir.

 

ABŞ tam məşğulluq hədəfinə yaxınlaşarkən,Fed rəsmiləri inflyasiyanın hədəfə yaxınlaşıb-yaxınlaşmayacağına dair işarələr axtarır. Mərkəzi Bank ilin sonuna qədər faiz artırımı olacağı gözləntisini qoruyub saxlayır, investor və analitiklər də Dekabr ayında Fed-in faizi artıracağını gözləyirlər.

 

Məşğulluq göstəricilərinin mənfi hava şərtləri səbəbilə bir neçə ay daha volatil ola biləcəyi bildirilir.

 

Məşğulluq göstəricilərinin açıqlanmasından sonra Fedin Dekabr ayında faiz artıracağı ehtimalı 75%-i keçib. Ehtimal orta saatlıq maaşların proqnozlardan çox artmsı ilə bağlı olaraq yüksəlib. Federal Açıq Bazar Komitəsinin 19 Sentyabrdakı toplantısında, 2017-də daha bir dəfə faiz artıracağına 50 faiz ətrafında ehtimal verilirdi.

06.10.2017 14:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ