Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Tut tingləri və barama toxumları paylanılacaq - PUL AYRILDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tut tingləri və barama toxumları paylanılacaq - PUL AYRILDI

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Reklam_3_11

"Marja" xəbərverir ki, Sərəncama əsasən, tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamına əsasən Nazirliyə ayrılmış vəsait hesabına 1,05 milyon (bir milyon əlli min) manat, o cümlədən tut (çəkil) tinglərinin alınmasına 775,0 (yeddi yüz yetmiş beş) min manat, barama toxumlarının alınmasına 275,0 (iki yüz yetmiş beş) min manat sərf etməlidir.

 

Həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi: tədarük olunan tut (çəkil) tinglərinin və barama toxumlarının, şəhər və rayonlarda tələbat nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etməli,

 

bu Sərəncamın 2.1-ci bəndinə uyğun olaraq, tut (çəkil) tingləri və barama toxumlarının əvəzi ödənilmədən paylanıldığı məhsul istehsalçıları, habelə şəhər və rayonlarda bu ting və toxumlara tələbat barədə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

06.10.2017 16:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ