Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Palata sığorta şirkətinin lisenziyasını ləğv etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata sığorta şirkətinin lisenziyasını ləğv etdi

 

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 06 oktyabr 2017-ci il tarixli Qərarına əsasən “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmişdir. Bu barədə "Marja"ya Palatadan bildirilib.

 

Palata tərəfindən qeyd olunan qərar “Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.


06 oktyabr 2017-ci il tarixdən lisenziyası ləğv olunmuş “Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilmişdir.

 

YIĞINCAQ KEÇİRƏCƏYİNİ BƏYAN ETMİŞDİ

 

Xəbər verdiyimiz kimi, “Başak-İnam Sığorta Şirkəti” ASC  2017-ci il noyabrın 7-də səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan etmişdir. 


Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin 2017-cı il üzrə 9 aylıq fəaliyyətinin yekunu haqqında.
2. Direktorlar şurasının üzvlərinin seçilməsi haqqında.
3. İdarə heyətinin üzvlərinin seçilməsi haqqında.
4. Təftiş komissiyasının üzvlərinin seçilməsi haqqında.
5. Sair məsələlər.

06.10.2017 16:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ