Vergilər ötən ilin planını yerinə yetirə bildi

Vergilər Nazirliyi 2016-cı ildə dövlət büdcəsinə 7 mlrd. 15 mln. 165,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə   nazirlikdən məlumat verilib.

 

Vergilər Nazirliyi 2015-ci ildə dövlət büdcəsinə 7 mlrd. 118 mln. 196,7 min manat məbləğində vergi və rüsum köçürüb. Beləliklə, 2016-cı ildə köçürmələrin həcmi 1,4% azalıb.

 

"Vergi orqanları 2016-cı ildə dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə planı yerinə yetirib. Köçürmələrin faktiki həcmi 7 mlrd. 15 mln. 165,4 min manat təşkil edib (plan tapşırığı 100,08% yerinə yetirilib)", - deyə məlumatda qeyd edilir.

 

Vergilər Nazirliyi tərəfindən 2016-cı il dövlət büdcəsinə köçürmələr üzrə plan 7 mlrd. 10 mln. manat təşkil edir.

 

©İnterfaks-Azərbaycan

11 Yanvar 2017, 10:39   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2016 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]