Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Hər iki prezident sülh danışıqlarına yenidən hazırdırlar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hər iki prezident sülh danışıqlarına yenidən hazırdırlar"

ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti, İqor Popov və Endrü Şoferi regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.
 


Bəyanatda qeyd olunub ki, həmsədrlər Azərbaycan və Ermənistanda keçirilən görüşlərdə iki ölkənin başçılarının görüşünə hazırlığı müzakirə ediblər.


 
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə dövlət başçılarının görüşündə müzakirə oluna biləcək məsələlər barədə fikir mübadiləsi aparıblar: "Hər iki prezident münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində yenidən iştirak etməyə hazır olduğunu bildirib".
 


Bildirilib ki, Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü ilə bağlı məlumatı tərəflər yaxın vaxtlarda açıqlayacaq.


 
Qeyd edək ki, həmsədrlərin regiona iki günlük səfəri başa çatıb. Onlar Ermənistan və Azərbaycan prezidentləri ilə görüşüblər.


 
Amerikalı həmsədr Endryu Şofer dünən Dağlıq Qarabağda olub.

 

07.10.2017 15:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ