Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Startap çempionatına start verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Startap çempionatına start verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığıyla “Startapçı” intellektual startap çempionatına start verildi. İlk mövsümünə başlayan çempionat Azərbaycanda ilk dəfə olaraq, ali təhsil müəssisələrinin tələbələrini əhatə edəcək.

 

Ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi, biznes ideyası olan gənclərin üzə çıxarılması və onların inkişafı məqsədini daşıyan layihə gələcək mövsümlərində digər regionların tələbə və şagirdlərini də əhatə edəcək.

 

Layihə çərçivəsində iştirak edən universitetlərdə komandalar formalaşdırılacaq. “Startapçı” intellektual startap çempionatına müraciət etmiş komanda üzvlərinə biznes yönümlü silsilə təlimlər keçiriləcək. Təlimlər sonrası çempionatda iştirak dən komandalar öz biznes təqdimatlarını həyata keçirəcəklər. Təqdimatlar biznes ekspertlər tərəfindən qiymətləndirilərək, hər ali təhsil müəssisəsi üzrə qalib komanda müəyyən olunacaq. Növbəti mərhələdə müxtəlif ali təhsil müəssisələrini təmsil edən komandalar arası Bakı çempionatı keçiriləcək və daha da təkmilləşdirilmiş təqdimatlarla çıxış edən komandalar ekspet tərəfindən qiymətləndiriləcəklər. Daha çox xal toplamış komanda “Startapçı” intellektual startap çempionatının mövsüm üzrə qalibi elan olunacaq.

 

Qeyd etmək olar ki, son illər ərzində ölkəmizdə sahibkarlıq və startap sektorunun inkişafında önəmli işlər görülmüş, gənc startapçıların fəaliyyəti dəstəklənmişdir. Bu istiqamətdə görülən tədbirlərdən biri olaraq, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində, “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən təşkil olunan “Startapçı” layihəsi gənclərin biznes və startap istiqamətində maariflənməsinə və Azərbaycanda startap fəaliyyətinin inkişafına səbəb olacaq. Qeyd edək ki, “Youth Inc.” Sahibkarlıq Proqramı gənclərin inkişafı məqsədilə keçirdiyi layihələrdə həm dövlət qurumları ilə, həm də özəl sektorun nümayəndələri ilə əməkdaşlıq edir. Vurğulamaq istərdik ki, Proqram “Startapçı” intellektual startap çempionatının icrası prosesində korporativ əməkdaşlığa hazırdır.

 

Qeyd edək ki, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı 2013-cü ildə “Coca-Cola” şirkətinin, Gənclər və İdman Nazirliyinin və DVC təşkilatının tərəfdaşlığı ilə rəsmi fəaliyyətə başlamış və 2015-ci ildə “Youth Inc.” Biznes İnkubasiya Mərkəzi yaradılmışdır. “Youth Inc.”in aktiv fəaliyyət göstərdiyi illər ərzində Proqram məzunları 16 müxtəlif biznes-layihələr həyata keçirmiş, 34 startap dəstəklənmiş və 7 minə yaxın gənc müxtəlif seminarlarda iştirak etmişdir. Proqram “JEUNE” və “INBIA” təşkilatlarının üzvüdür.

 

“Youth Inc.” Sahibkarlıq Proqramı: www.youthinc.az

07.10.2017 20:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ