Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Zeytunçuluğun inkişafına dair proqram layihəsi hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zeytunçuluğun inkişafına dair proqram layihəsi hazırlanıb

Azərbaycanda zeytunçuluğun inkişafına dair proqram layihəsi hazırlanıb.

 

Bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

 

Qeyd olunur ki, cari ildə istehsalçılar tərəfindən becərilən əsas yağlı bitkilərdən olan günəbaxanın əkin sahəsi artırılaraq 13.0 min hektara çatdırılıb, 35 min hektardan artıq sahədə isə qarğıdalı əkilib.

 

Eyni zamanda emal sənayesinin xammala və heyvandarlığın yemə olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə cari ilin əkinləri üçün 16 rayonda dünyada əsas yağlı bitkilərdən sayılan soya əkinlərinin aparılmasının təşkili üçün hazırlıq işləri görülüb. Hesabat dövrü üçün 9 min hektardan artıq sahədə soya səpilib, sahələrdə normal çıxış alınıb və vegetasiya becərmələri davam etdirilir. Cari ildə təkrar əkinlərdə də soyanın tətbiq edilməsi istiqamətində izahat və maarifləndirmə işləri aparılır.

 

Soya istehsalçılarının növbəti illərdə toxum materialına tələbatının yaxşılaşdırılması məqsədilə Əkinçilik Elmi Tədqiqat İnstitutunda onun toxumçuluğunun təşkili istiqamətində tədbirlərin görülməsinə başlanılıb.

 

Hesabatda bildirilir ki, respublikada zeytunçuluğun inkişaf etdirilməsi, bu sahədə ölkənin tələbatının yerli məhsul istehsalı hesabına təmin olunması, gəlirliliyin və ixrac potensialının artırılması istiqamətində təhlillər aparılıb və müvafiq dövlət orqanları ilə birlikdə yaxın 10 il üçün ölkədə zeytunçuluğun inkişafına dair proqram layihəsi hazırlanıb.

08.10.2017 15:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ